Qurban Qurbanov: Bəzən buraxılan qol komandaya fayda verir

“Qarabağ” çempionlar liqasının 3-cü ələməsinin cavab oyununda paytaxtda Kipr APOEL-ini qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanov mətbuat konfransında bunu dedi:

“Vacib oyuna çıxacağıq. Diqqətli olmalıyıq. Rəqibdə baş məşqçi dəyişikliyi olub. Ümumiyyətlə, APOEL daim fərqli sistemdə oynayır. Futbolçularımıza meydanda daha çox düşünmək lazım olacaq. Komandanı bacardığımız qədər məlumatlandırmışıq. Hər bir halda, istəyirik ki, azarkeşlərimizi sevindirək. Yaxşı oyun göstərib, mübarizə aparmaq və yaxşı nəticə qazanmaq istəyirik. Təcrübə göstərir ki, 2:1 və 3:1 kimi hesablar komandanı arxayınlaşdırmır. Əlbəttə, ilk matçda 2:0 hesabı ilə qalib gəlsəydik, daha yaxşı olardı. Amma bəzən buraxılan qol komandaya fayda verir”.

Xatırladaq ki, ötən həftə Nikosiyada keçirilən ilk oyunda komandamız 2:1 qalib gəlib. Bu gün Tofiq Bəhramov adına respublika stadionunda cavab matçı saat 20:30-da start götürəcək.

 

Həmin kateqoriyadan