Qurban Qurbanov: Bəzi məğlubiyyətlər böyümək üçün bizə lazımdır

Sabah “Qarabağ” çempionlar liqasının qrup mərhələsində Bakı olimpiya stadionunda “Roma”nı qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, matçda öncə keçirilən mətbuat konfransında baş məşqçi Qurban Qurbanov rəqibi yüksək dəyərləndirib:

“Bu, Bakıda ilk oyunumuzdur. Hamımız üçün önəmli olduğunu düşünrəm. Belə bir görüşün Bakıda keçirilməsi şəhərimiz, ölkəmiz, eləcə də futbolumuz üçün önəmlidir. “Roma”nı bəlkə də kimlərsə silirdi. Lakin bu komandanın oyununu gördüm. Çox peşəkar komandadır. Çalışacağıq ki, müsbət nəticə əldə edək.

Avropa təcrübəmiz olsa da, bunlar tam fərqli turnirlərdir. Stadion məsələsi çox müzakirə olundu. Buna bir daha toxunmağa gərək yoxdur. Nə qədər çox azarkeş önündə çıxış etsək, futbolçular bir o qədər inamlı oynayarlar. Bəzi məğlubiyyətlər böyümək üçün bizə lazımdır. Bundan nəticə çıxarmalıyıq. İlk oyunda 0:6 hesabı ilə uduzsaq da, bu görüşə yaxşı hazırlaşmışıq. Daha yaxşı çıxış etməyə çalışacağıq”.

Həmin kateqoriyadan