Qurban Qurbanov: “Bəzi oyunçuların ustalıq səviyyəsi yetərincə deyil”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Bakı”ya qarşı keçirdikləri cavab oyununu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Çox qol izlədik. “Bakı” sona qədər mübarizə aparacağını demişdi. Biz ilk hissədə bunu hiss etdik. Qapımızda gözlənilməz qol gördük. “Bakı” istəkli komandadır. Sadəcə, düşünürəm ki, bəzi oyunçuların ustalıq səviyyəsi yetərincə deyil. Mərhələnin hər iki oyununda qalib gəldik. İndi kuboku unudub, “Sumqayıt”la çempionat oyununa ciddi hazırlaşmalıyıq. Öz növbəmdə “Bakı”nın gənc heyətinə uğurlar arzu edirəm”.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” “Bakı”ya 3:0 hesabıyla qalib gəlmişdi.

Həmin kateqoriyadan