Qurban Qurbanov: Belə matçlarda hansısa futbolçunun olmaması çətinlik yaradır

Premyer liqanın 9-cu turunda səfərdə “Qəbələ”yə məğlub olan “Qarabağ” üst sırada yerini qoruyub. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra Ağdan klubunun baş məşqçisi Qurban Qurbanov yenilgiyə belə şərh verib:

“Maraqlı oyun oldu. Sadəcə az qol vuruldu. Futbolçularımızdan razı qaldım. Heyətdə rotasiyalar etmişdik. Komanda çalışdı ki, düzgün oynasın. Çoxlu yaxşı kombinasiyalarımız oldu. Nə vaxtsa məğlubiyyət olmalıdır. Bu da Qəbələdə baş verdi. Rəqibi təbrik edirəm.

Qarşıda vaxtımız var. Komandanı optimal formaya çatdırmalıyıq. Çatışmazlıqlarımız var. Belə matçlarda hansısa futbolçunun olmaması çətinlik yaradır. Az vaxtda düzgün çalışmalı və həm çempionat, həm də çempionlar liqası oyununa hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan