Qurban Qurbanov: Bu mövsüm “Neftçi” çox istəklidir

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə çempionatının 15-ci turunda “Neftçi” ilə oyun öncəsi açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, görüşün çətin keçəcəyini deyib:

“Sıradan bir oyun kimi yanaşa bilmərik, liderə qarşı oynayırıq. Komplektləşdirilmiş, yaxşı baş məşqçisi olan komandaya qarşı oynayacağıq. Bu mövsüm “Neftçi” çox istəklidir. Həqiqətən də ciddi yanaşırıq. Çalışırıq ki, öz oyunumuzdan əl çəkməyək və bunu daha da yaxşılaşdıraq.

Bu, həqiqətən də derbidir. Ancaq futbolçuların üzərinə çox getmirik. Məğlub olsaq, nə baş verəcək deyə düşünmürük. Belə oyunlarda daha diqqətli və istəkli olmalıyıq. Bu oyun da bizim üçün vacibdir”.

Həmin kateqoriyadan