Qurban Qurbanov: Bu oyuna hazırlaşmaq bizim üçün çətin idi

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa liqasının pley-off mərhələsində Moldovanın “Şerif” klubunu cavan oyununda 3:0 hesabı ilə yendikləri mübarizəyə şərh verib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis həlledici qələbəni qazanmasında özünəinamın güclü olduğunu deyib:

“Futbolçularıma təşəkkür etmək istəyirəm. Həqiqətən qələbə qazanmaq üçün sona qədər nümayiş etdirdilər, xarakter göstərdilər. Futbolçularımla fəxr edirəm.

Bu oyuna hazırlaşmaq bizim üçün çətin idi, hamımız nəticə haqda düşünürdük. Bu gün çox yaxşı oynadıq, bacardığımızı meydanda etdik. Klub rəhbərliyini, azarkeşlərimizi qələbə münasibəti ilə təbrik edirəm. Rəqib haqda nəsə danışmağa ehtiyac yoxdur, onlara uğurlar arzu edirəm”.

Həmin kateqoriyadan