Qurban Qurbanov: Bu oyunda futbolçular diqqəti daha yaxşı təmərküzləşdirə bildi

Avropa liqasının “E” qrupunun 4-cü turunda Ukraynanın Poltava şəhərində “Vorskla” və “Qarabağ” klubları arasında oyun bizimkilərin 1:0 qələbəsi ilə bitdi. Allsport.az saytı xəbər verir ki, matçdan sonra baş məşqçimiz Qurban Qurbanov bunu dedi:

“Bu oyunda futbolçular diqqəti daha yaxşı təmərküzləşdirə bildi. Futbolçulardan razı qaldım. Yüklənmələrə rəğmən, istəyimizə nail ola bildik. Bakıda fikrimi bildirmişdim. Rəqibi öz yerimizdə tanımışdım. Komandanı canlı görəndən sonra, müəyyən gedişlər etdik. Sadəcə, Bakıda alınmadı, burda alındı.

Bu gün mübarizəyə əsasən təcrübəli oyunçuları atdıq. Qrupda indi durum çətindir. Amma sonadək mücadilə edəcəyik. Ümidvaram ki, istəyimiz alınacaq. “Vorskla” ilə “Qarabağ” fərqli klublarıdır, hərəsinin öz fəlsəfəsi var. Hər 2 klun tərifə layiqdir”.

K.HACI, Poltava

Həmin kateqoriyadan