Qurban Qurbanov: Bundan sonra Mahir Mədətov sosial şəbəkələrdə az olacaq

Topaz premyer liqasının 5-ci turunda “Qarabağ” öz meydanında “Qəbələ”ni 4:1 məyus etdi. Allsport.az saytı xəbər verir ki, oyundan sonra mətbuat konfransında baş məşqçi Qurban Qurbanov qələbəyə belə şərh verdi:

“Çox vacib qələbə qazandıq. Hər 3 gündən bir oyun keçiririk, buna görə də heyətdə rotasiya etmişdik. Futbolçularım çox istəkli idilər. Düşünürəm ki, azarkeşlər yaxşı futbol izlədilər. Son dövrdə çempionatımızda nadir hallarda belə hesab qeydə alınır.

Axır zamanlar sosial şəbəkələrdə Mahir Mədətovun adı qalmaqalarda tez-tez hallanır. Mən sosial şəbəkələrdə yoxam, amma məlumatlar alıram. Onunla söhbətim olub. Bundan sonra sosial şəbəkələrdə az olacaq. İstəmirəm ki, o, azarkeşlərlə söz savaşına çıxsın

“Qəbələ ilə görüşün sonunda futbolçular arasında gərginlik oldu. Milli üzvləri belə etməməli, aqressivlikdən çəkinməlidirlər. Onlar fərqlənməli, diqqətli olmalıdırlar”.

Həmin kateqoriyadan