Qurban Qurbanov: Cavab görüşündə daha yaxşı oynayacağımıza inanıram

Bu gün “Qarabağ” çempionlar liqasının 3-cü ələməsinin ilk oyununda evdə Belarusun BATE klubuna 0:1 uduzdu. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra təşkil olunan mətbuat konfransında baş məşqçi Qurban Qurbanov bunu dedi:

“Məğlub olduq. İstəməzdik. Futbolçularda müəyyən həyacan vardı. Bu da oyuna təsir etdi. 2-ci hissədə daha yaxşı təsir bağışladıq. Hələ 1-ci oyundur. Qarşıda növbəti 90 dəqiqəmiz var.

Daha yaxşı hazırlaşacağıq. Cavab görüşündə daha yaxşı oynayacağımıza inanıram. Heyətdə ciddi dəyişiklik olacağını düşünmürəm. Futbolçuların durumuna görə qərar verəcəyik”.

Həmin kateqoriyadan