Qurban Qurbanov: Çox sıx qrafikdəyik

“Qarabağ” ilk turda təxirə salınan görüşdə “Zirə”yə evdə 3:2 hesabı ilə qalib gəlib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra baş məşqçi Qurban Qurbanov bunu deyib:

“Vacib 3 xal qazandıq. Hər şey planlaşdırdığımız kimi alındı. Məqsədimiz qələbə idi. “Zirə” çox yaxşı oyun göstərdi. Bu cür çıxışa görə turnir cədvəlində öz yerlərində deyillər. Düşünürəm ki, qarşıdakı oyunlarda daha yaxşı “Zirə” görəcəyik.

Öz futbolçularımı təbrik edirəm. Çox sıx qrafikdəyik. Demək olar ki, hər 3 gündən bir oyun düşür. İş rejimimizi daha da artırmalıyıq. Bu, ən peşəkar ilimiz olmalıdır. İnanıram ki, futbolçular bunu bacaracaqlar”.

Həmin kateqoriyadan