Qurban Qurbanov: Çoxdandır belə gözəl oyun keçirməmişdik

Bu gün premyer liqada “Qarabağ” öz meydanında “Səbail” klubuna qalib gəldi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qalib komandanın baş məşqçisi Qurban Qurbanov bunu dedi:

“Futbolçularımı təbrik edirəm. Layiqli qələbə qazandılar. Həddən artıq çətin oldu. Futbol elə oyundur ki, burda meydanda 10 nəfər də, 9 nəfər də qala bilərsən.

Çoxdandır belə gözəl oyun keçirməmişdik. Azlıqda qalsaq da, qalib gələ bildik. Bu gün həm 3 xal qazandıq, həm də yaxşı oyun göstərdik. Samir Əliyevə gələn oyunlarda uğurlar arzulayıram”.

 

Həmin kateqoriyadan