Qurban Qurbanov: “Çoxdandır belə mübarizəli oyun olmamışdı”

Premyer liqasının X turunda “Neftçi” ilə heç-heçə (0:0) edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Allsport.az xəbər verir ki, 47 yaşlı çalışdırıcı qarşılaşma barədə danışıb:

“Çətin oyun oldu. Xeyli mübarizə gördük. Vacib qarşılaşma idi. 1 xal çox lazım idi. Rəqib çox istəkli oynadı. Bu da başadüşüləndir. Futbolçulardan razı qaldım. Sona kimi mübarizə apardılar. Çoxdandır belə mübarizəli oyun olmamışdı. Bu, komandamız üçün çox faydalı olacaq”.

Həmin kateqoriyadan