Qurban Qurbanov: Çoxsaylı qol imkanlarından yararlana bilmədik


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qitə liqasının pley-off mərhələsində Şimali İrlandiyanın “Linfild” klubuna qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 2:3 hesabı ilə uduzduqları görüşdə bunu söyləyib:

“Futbolda nadir hallarda belə şeylər olur. Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik, rəqib isə qol epizodlarından yox, standard vəziyyətlərdən qollarını vurdu. Bu, futboldu, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq”.

Həmin kateqoriyadan