Qurban Qurbanov: Daha yaxşı nəticə qazana bilərdik

“Qarabağ” Avropa liqasınını qrup mərhələsinin son oyununda səfərdə London “Arsenal”ına 0:1 hesabı ilə uduzub. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında bunu deyib:

“Bu gün futbolçularımdan razı qaldım, onlara təşəkkür edirəm. “Arsenal” qrup mərhələsinin bütün oyunlarında çox yaxşı çıxış etdi və hər kəsdən üstün oynadı. Ümumilikdə, bəli, “Qarabağ” və “Sportinq” güc fərqində bir addım öndəydi, bəlkə də bir az daha yaxşı nəticə qazana bilərdik. Bugünkü heyəti isə “Arsenal”ın gələcəyidir və rəqibimiz daim gənc oyunçulara şans verməklə seçilib. Bu gündə onlar “Arsenal”ın gələcəyinin güclü olduğunu göstərdilər”.

Oyun zamanı qondarma bayraqla meydana daxil olan azarkeş haqda verilən suala isə baş məşqçi belə cavab verib: “Bu haqda çox danışmaq istəmirəm, sadəcə, qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, qorxaqlar bir addım atıb, sonra isə qaçırlar”.

Həmin kateqoriyadan