Qurban Qurbanov: “Hər 2 komandanın ehtiyatlı oynadığı hiss olunurdu”

Azərbaycan futbolçuları millətlər liqasında ilk oyunda öz meydanında Kosovo yığması ilə heç-heçə etdi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçimiz Qurban Qurbanov bunu söyləyib:
“Ağır oyun oldu. Əslində, bunu gözləyirdik. Rəqibin fərdi oyun keyfiyyətləri ilə seçilən futbolçuları vardı. Birinci hissə çətin oldu. Hər 2 komandanın ehtiyatlı oynadığı hiss olunurdu. Ancaq ikinci hissə fərqli keçdi və futbolçularımız daha məsuliyyətli idi. Oyun nizam-intizamından razı qaldım.
Heyətlə bağlı səhv etdiyimi düşünmürəm. Hazır olan futbolçulara şans verdim. Bəzi problemlər var ki, onları aradan qaldırmalıyıq. Xüsusilə də futbolçular oyun təcrübəsini artırmalı, daha yaxşı çempionatlarda çıxış etməlidirlər.
Üç gündən sonra bizi səfərdə növbəti oyun gözləyir. Həmin qarşılaşmaya hazır olmaq üçün maksimum çalışmalıyıq”.

Həmin kateqoriyadan