Qurban Qurbanov: Hər 2 komandanın səviyyəsi bərabərdir

Sabah “Qarabağ” çempionlar liqasının 3-cü ələməsində Belarusun BATE klubu ilə Bakıda ilk matça çıxacaq. Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Qurban Qurbanov “Azərsun arena”da təşkil olunan mətbuat konfransında bunu dedi:

“Vacib oyuna çıxacağıq. BATE avrokuboklarda təcrübəyə malikdir. Hər 2 komandanın səviyyəsi bərabərdir. Neçə illərdi stabil olaraq avrokuboklarda çıxış edirlər. Nəticə qazanmağı bacaran komandadı. Sabah işimiz heç də asan olmayacaq. Ancaq pis hazırlaşmamışıq.

İlk oyun həmişə çətin olur. Həddən artıq diqqətli olmalıyıq. Biz nə qədər qalib gəlmək istəyiriksə, rəqib də bu fikirdədi. BATE bizdən aşağı səviyyədə deyil. Hər bir komandanın gücü var ki, mərhələ keçsin. Çalışacağıq səhvsiz oynayaq”.

Həmin kateqoriyadan