Qurban Qurbanov: “Hər iki komanda nəticəyə oynayırdı”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Simurq”a qarşı keçirdikləri ilk oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Düşünürəm ki, əsl kubok oyunu izlədiniz. Hər iki komanda nəticəyə oynayırdı. Qələbə məni və futbolçuları aldatmamalıdır. Qarşıda çətin cavab oyunu var. Bu gün futbolçularımın hər birindən razı qaldım. Oyunçularla yanaşı, azarkeşlərimizə də təşəkkür edirəm. Qrafik sıxdır. Çətin səfər oyunlarımız var. Oyunçularım xarakter nümayiş etdirməlidirlər”.

Həmin kateqoriyadan