Qurban Qurbanov: Hesabdan razı qaldım

Bu gün “Qarabağ” qitə liqasının “A” qrupunda 3-cü turda evdə Kiprin APOEL klubunu qəbul etdi. Allsport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda görüş 2:2 bitdi. Mətbuat konfransında baş məşqçi Qurban Qurbanov bunu dedi:

“Qalıb gəlmək istəyirdik. Azarkeşlər bunu görməyə layiqdilər. Təəssüf ki, gedişat xeyrimizə olmadı və 2-ci hissədə geri dönüş edərək bərabərlik qolunu vurduq.

Fasilədə soyuqqanlı olmağı tapşırmışdım. Çox dəyişikliyə ehtiyac görmədim. Çünki bəzən meydana girən futbolçu stresli olur və bu, işin xeyrinə olmaya bilərdi. Hesabdan razı qaldım. Cavab matçında rəqibin müdafiəsini yarmağa çalışacağıq. Amma inanmıram ki, APOEL açıq futbol oynasın.

Həmin kateqoriyadan