Qurban Qurbanov: “Heyətin formalaşdırılması üçün daim axtarışdayıq”

Sabah milli Qırğızıstan futbolçuları ilə yoldaşlıq oyunu keçirəcək. Allsport.az saytı xəbər verir ki, oyundan öncə baş məşqçi Qurban Qurbanovun mətbuat konfransında bunu deyib:

“Millətlər liqası turnirindən öncə son toplanışımızdır. Heyətin formalaşdırılması üçün daim axtarışdayıq. Bu toplanışda futbolçuların getdikcə daha istəkli olduğunu hiss etdim. Təkcə millidə yox, “Qarabağ”la hazırlıqda olduğumuz zaman da çalışırıq ki, ilk yoxlama oyununu nisbətən zəif komandalara qarşı keçirək.
Belədə futbolçularımızın meydanda etmək istədiklərinin dəfələrlə təkrarlanmasına imkan olur. Hesab etmirəm ki, Qırğızıstan millisi zəif rəqibdir. Bu müstəvidə bütün rəqiblərə güclü və ya zəif kimi yox, milli komanda prizmasından yanaşmaq lazımdır.
Millətlər liqasında eyni qrupda mübarizə aparacağımız rəqiblər haqda məlumatlar toplamağa başlamışıq. Hətta bəzi oyunlarını canlı izləmişik. Bu istiqamətdə işimizi davam etdiririk”.

Həmin kateqoriyadan