Qurban Qurbanov: İnanıram ki, istədiyimiz oyunu nümayiş etdirə biləcəyik

Bu gün “ay-ulduzlular”ımız millətlər liqasının qrup mərhələsində səfərdə Malta futbolçuları ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, görüşdən öncə mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu söyləyib:

“Vacib səfərə gəlmişik. Oyun həm bizim, həm də rəqib üçün çox əhəmiyyətlidir. Bu komandanın Farer adaları yığmasına qarşı keçirdiyi oyunu izləmişəm. Əslində 1:3 hesablı məğlubiyyətə layiq deyildilər. Komandamıza gəldikdə, demək olar ki, oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı.

Kosovo ilə görüşdən sonra bir günümüz yolda keçdi. Buna baxmayaraq, futbolçularıma güvənirəm və inanıram ki, sabah istədiyimiz oyunu nümayiş etdirə biləcəyik. Malta millisi fərqli sistemlə oynayır. Sürətli futbolçuları var. Heç bir komanda burda məğlub olmaq istəmir. Çalışacağıq müsbət nəticə əldə edək.

Həmin kateqoriyadan