Qurban Qurbanov: İnanıram ki, komanda olaraq ən yaxşı oyunlarımızdan birini keçirəcəyik

Sabah “ay-ulduzlular”ımız millətlər liqasının qrupunda Kosovo yığması ilə həlledici oyuna çıxacaq. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov saat 23:45-də Priştina şəhərində Fadil Vokrri adına stadionda başlayacaq matç barədə bunu söyləyib:
“Son oyunumuza çıxırıq. Hər iki komanda üçün vacib oyundur. İlk gündən Kosovo millisinə böyük qiymət vermişdim. Rəqibimizn futbolçularının fərdi ustalıq səviyyəsi yüksəkdir. Belə rəqibə qarşı oynamaq çox xoşdur. Oyuna hazırıq. İnanıram ki, komanda olaraq ən yaxşı oyunlarımızdan birini keçirəcəyik.
Doğma meydanda oynamaq, azarkeş amili və hazırkı xal durumu Kosovo yığması üçün üstünlük sayıla bilər. Amma futbolçularımızın da oyuna münasibətini görürəm, qələbə qazanmaq üçün hər şey etməyə hazır olduqlarını bilirəm. Hansı komandanın favorit olması barədə hər hansı fikir bildirmək istəmirəm”.

Həmin kateqoriyadan