Qurban Qurbanov: Komanda hələ optimal formada deyil

Millimiz Bakı olimpiya stadionunda yoldaşlıq oyununda Qırğızıstan futbolçuları ilə gücünü sınayıb. Allsport.az saytı xəbər verir ki, 3:0 qalib gəldiyimiz görüşdə baş məşqçisi Qurban Qurbanov bunu deyib:

“Futbolçularımız qələbəni çox istəyirdilər. Çünki bu, rəhbərliyim altında ilk qələbə olacaqdı. Birinci hissədə həyəcan hiss olunurdu. Ancaq ikinci hissədə uğurlu əvəzləmələr də öz sözünü dedi. Bu oyunda düşündüyümüz hər epizodla qarşılaşdıq.

İkinci hissədə hücuma daha çox atılmağa başladılar. Rəqib daha çox müdafiə olunurdu.  Bu qələbə bizə çox vacib idi. Ancaq deyə bilmərik ki, optimal formadayıq. Məşqdə çox etdiyimiz hücumları gördüm.

Düzdür ilk hissədə çox alınmadı. Futbolçuların düşüncələrindən çox razı qaldım. Bizim üçün hər bir oyun vacibdir, o cümlədən qələbə. Futbolçularımı təbrik edirəm”.

Həmin kateqoriyadan