Qurban Qurbanov: “Komandamın oyunundan tam razı qala bilmәrәm”

Topaz Premyer liqasının VIII turunda Bakıda “Qəbələ”ni qəbul edən “Qarabağ” klubu, növbəti qələbəsini qazandı. Allsport.az saytı xəbər verir ki, 2:0 hesabı ilə bitən matçda qalib komandanın baş məşqçisi Qurban Qurbanov, Avroliqa oyunu öncəsi bu qələbənin onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib:

“Bu qarşılaşma bizim üçün vacib idi. Qələbə qazanmaq üçün meydançaya çıxmışdıq. Bunu reallaşdırdığımız üçün sevinirəm.  Komandamın oyunundan tam razı qala bilmәrәm. Bәzi problemlәr hiss olunurdu. Bunları aradan qaldırmağa çalışacağıq. Hakimlərə məsləhətim odur ki, əmin olmadıqları penaltini verməsinlər”.

 

Həmin kateqoriyadan