Qurban Qurbanov: Komandamızda çox şey alınmırdı

“Qarabağ” ölkə çempionatının 4-cü turunda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldi. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov qələbə barədə bunu dedi:

“Çətin oyun oldu. Bu gün komandamızda çox şey alınmırdı, rəqib rahat oynayırdı. Bunu da normal başa düşmək lazımdır. 6 gün sonra ağır oyunumuz olacaq. Daha çox bir yerdə olmalı və komandanı yaxşı hazırlaşdırmaq lazımdır”.

Həmin kateqoriyadan