Qurban Qurbanov: Kosovoda qələbə qazanmalıyıq

Azərbaycan yığması millətlər liqasında evdə Farer adalarına qalib gəlib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 2:0 hesabı ilə bitən görüşdən sonra bunu söyləyib:

“Qələbə bizim üçün vacib idi. Bu münasibətlə futbolçularımı təbrik edirəm. Hər şey istədiyimiz kimi oldu. Azarkeşlərə təşəkkürümü bildirirəm. Çoxdan idi evdə qalib gəlmirdik. Rəqib bir qədər fərqli sistemlə oynadı ki, buna da hazır idik.
Düzdür, ikinci hissənin əvvəllərində çətinlik çəkdik, amma sonradan istədiyimizi ala bildik.
Qarşıda bizi daha vacib oyun gözləyir. Kosovoda qələbə qazanmalıyıq. Həmin oyunda futbolçular güclərini sərf edəcəklər ki, istəyimizi reallaşdıraq. Kosovonun oyununa bələdik. Ancaq bu gün Maltaya qarşı keçirdikləri oyunu da təhlil edəcəyik.
Meydana ən münasib heyəti buraxacağıq. Kamran Ağayevlə Pavel Paşayevin oynaya bilib-bilməyəcəyini indidən deyə bilməyəcəm. Bəzi futbolçuların da mikrozədələri var. İstənilən halda, qrupdakı son matçıımızda xarakter göstərib, qələbə qazanmağa çalışacağıq”.

Həmin kateqoriyadan