Qurban Qurbanov: Məğlub olsaydıq belə, komandadan razı qalacaqdım

“Ay-ulduzlular”ımız millətlər liqasında 4-cü turunda doğma meydanda Malta futbolçuları ilə 1:1 heç-heçə etdi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında baş məqşçimiz Qurban Qurbanov bunu dedi:

“Qələbə qazana bilməsək də, buna nail olmaq üçün bütün gücünü meydanda sərf etdiyinə görə, futbolçularıma təşəkkür edirəm. Məğlub olsaydıq belə, onlardan razı qalacaqdım. Futbolçularda müəyyən qədər gərginlik vardı. Ancaq epizodlara görə onlara hansısa iradlar bildirmədim.

Bu gün qələbə qolunu vura bilmədik. Oyun sürətli keçdi, xeyli sayda hücumlar quruldu. Komandam sona qədər dayanmadan mübarizə apardı. Artıq futbolçularımız da 90 dəqiqə mübarizə aparmağa öyrəşib. Bu komandaya, futbolçulara inanmaq lazımdı. Onların hər biri kifayət qədər məsuliyyətlidirlər”.

Həmin kateqoriyadan