Qurban Qurbanov: Meydanda istədiklərimizi edə bildik

Bu gün “Qarabağ” çempionlar liqasının 2-ci ələməsinin cavab oyununda paytaxtda Albaniyanın “Kukesi” klubuna 3:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra təşkil olunan mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu dedi:

“Azarkeşlərimizə təşəkkür edirəm. Qarşılaşmaya xüsusi rəng qatdılar. Oyuna görə futbolçularmızı təbrik edirəm. Meydanda istədiklərimizi edə bildik. Düzdür, bizim üçün çətin oyun oldu. Hər bir halda, qalib gəldik və növbəti mərhələyə adladıq.

Artıq növbəti oyun haqda düşünməliyik. Təcrübəli komandaya qarşı oynayacağıq. Buna baxmayaraq, düzgün hazırlıq prosesi keçməyə, rəqibimizi qiymətləndirməyə çalışacağıq”.

Həmin kateqoriyadan