Qurban Qurbanov: “Minimum məqsədimiz finala vəsiqə qazanmaq idi”

“Qarabağ” ölkə kubokunun yarımfinal mərhələsinin “İnter”lə cavab matçında 1:0 hesablı qələbə qazanaraq (ilk oyun – 4:0) finala vəsiqəni təmin edib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında qarşılaşma haqqında fikrini bildirib:

“Komandamı, futbolçularımı, rəhbərliyi və azarkeşlərimizi finala vəsiqə qazanmağımız münasibətiylə təbrik edirəm. Minimum məqsədimiz finala vəsiqə qazanmaq idi. Stadionun rəhbərliyinə təşəkkür edirəm.

Sağ olsunlar, bizə belə bir şərait yaratdılar. Mayın 11-də “Qəbələ” ilə matçı da bu stadionda keçirəcəyik. Qarşıda çempionat oyunlarımız var, həmin qarşılaşmalara hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan