Qurban Qurbanov: Moldova ilə oyunda düşündüklərimizi meydanda tətbiq etmək istəyirik

Millimizin baş məşqçisi Qurban Qurbanov Moldova ilə hazırlıq oyunundan əvvəl jurnalistlər önünə çıxıb. Allsport.az saytı xəbər verir ki, mütəxəssis komandasına güvəndiyini deyib:

“Hamı kimi mən də bunu ilk gündən hiss elədim. Diqqətli olmalıyam və az müddətdə futbolçulara nə istədiyimi izah etməliyəm. Milliyə gələnlər peşəkardırlar və bilirik ki, fikrimiz ancaq burada olmalıdır. Bütün oyunçuları tanıyırıq, güvənirik. İstərdik ki, uğurlu start verək, amma dediyim kimi, bir oyun çox azdır.

Sabahkı görüşdə düşündüklərimizi meydanda tətbiq etmək istəyirik. Moldova yığmasının Koreya ilə oyununun ilk hissəsinə baxdım. Onların əsas üstünlüyü artıq bir yerdə oyun keçirmiş olmalarıdır. Əsas vacib olan oyunçuların meydandakı düşüncələridir. Məqsəd nəticəyə gedən yolda komandanı daha yaxşı hazırlamaqdır”.

Həmin kateqoriyadan