Qurban Qurbanov: “Müdafiə olunan komandalarla oyun çətin olur”

“Qarabağ” premyer liqanın 17-ci turunda öz meydanında “Kəpəz” klubunu 1:0 məğlub edib. Allsport.az saytı xəbər verir ki, oyun sonrası mətbuat konfransında qalib komandanın baş məşqçisi Qurban Qurbanov öz fikrini açıqlayıb:

“Komadamı təbrik edirəm. Çətin oyun olacağını bilirdik. “Kəpəz” bu gün müdafiədən oynadı. Rəqibə uğurlar arzulayıram. Yunis Hüseynov yaxşı komanda formalaşdırıb. Bu qarşılaşmada xal itirə də bilərdik.

Ancaq şükür ki, hər şey yaxşı nəticələndi. Matçdan öncə də uşaqlara demişdim ki, müdafiə olunan komandalarla oyun çətin olur. Komandam tapşırıqlarımı tam yerinə yetirdi”.

Həmin kateqoriyadan