Qurban Qurbanov: Müdafiə olunan komandaya qarşı oynadıq

Topaz premyer liqasının 6-cı turunda “Qarabağ” rəqib meydanında “Sabah”a 2:0 qaşlib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra mətbuat konfransında baş məşqçi Qurban Qurbanov bunu deyib:

“Futbolçularımı təbrik edirəm. Gözəl qələbə qazandılar. Həddindən artıq çətin oldu, buna baxmayaraq istəyimizə çatıdıq Bu gün çox yaxşı müdafiə olunan komandaya qarşı oynadıq, rəqib əks-hücumda da təhlükəli idi.

Meydanda görünürdü ki, rəqib çox hazırlıqlıdır. Futbolçularım çətinlik çəkdi, ancaq ümumilikdə intizamlı oynadılar. Azarkeşlərimizə də təşəkkür edirəm, stadionun hər yerində onları hiss edirdim”.

Həmin kateqoriyadan