Qurban Qurbanov mükafatını aldı

Bu gün komanda.az-ın KİV arasında keçirdiyi sorğuda qalib gələn “İlin ən yaxşı məşqçisi” Qurban Qurbanovun müfakatlandırması keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə “Qarabağ”ın nümayəndələri, jurnalistlər və baş məşqçinin özü qatıldılar.

Toplantıda komanda.az-ın rəhbərliyindən Natiq Muxtarlı və Rəşad Ergün çıxış edərək sorğu baradə məlumat verdi və səbəbkarı təbrik etdilər. Qurban Qurbanov özü çıxışında ona səs verdikləri üçün nedia nümayəndələrinə təşəkkürünü bildirdi.

Xatırladaq ki, KİV arasında keçirilən sorğunun nəticəsinə əsasən, Qurban Qurbanov (47 səs) 1-ci, Robert Prosineçki (16) 2-ci, Roman Qriqorçuk (4) 3-cü yer tutublar.

Həmin kateqoriyadan