Qurban Qurbanov: “Neftçi” ilə oyuna azarkeşlərimiz üçün yaxşı hazırlamışdıq

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqının 28-ci turunda “Neftçi”yə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra bunu söyləyib:

“Həqiqətən bu oyuna azarkeşlərimiz üçün yaxşı hazırlamışdıq. Əsas istəyimiz azarkeşlər üçün baxımlı oyun göstərmək idi. Futbolçularımı çempionluq münasibəti ilə təbrik edirəm.

Bizim üçün ağır mövsüm oldu. Sona qədər hər oyunda gərginlik hiss etdik. “Neftçi” yaxşı mövsüm keçirdi, onları təbrik edirəm”.

Həmin kateqoriyadan