Qurban Qurbanov: “Neftçi” öz oyununu tapıb

Ölkə çempionatının 19-cu turunda “Qarabağ” öz meydanında “Zirə” klubu ilə görüşdü. Allsport.az saytı xəbər verir ki, ev sahibinin baş məşqçisi Qurban Qurbanov 2:0 qalib gəldikləri matç barədə bunu dedi:

“Vacib 3 xal qazandıq. Bilirdik ki, “Zirə” ötən turdakı məğlubiyyətdən sonra daha istəkli olacaq. Belə də oldu. İlk 15-20 dəqiqədə çətinlik çəkdik. İkinci hissədə də eyni ssenari oldu. Ancaq 3 xal qazanmağı bacardıq.

Növbəti oyunda “Neftçi” ilə qarşılaşacağıq. Bu komanda öz oyununu tapıb.“Qəbələ” ilə oyunda 2, “Keşlə”yə isə 3 qol vurdular. Fikrimcə, azarkeşlər maraqlı oyun izləyəcəklər”.

Həmin kateqoriyadan