Qurban Qurbanov “Neftçi”ni tərifləyib

Premyer liqanın 20-ci turunda səfərdə “Neftçi” ilə 0:0 bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, o, rəqibin şəninə tərif deyib:

“Maraqlı oyun alındı. Bircə qol çatışmadı. Çempionatın ən sürətli qarşılaşmalarından biri idi. Həm toplu, həm də topsuz, hər 2 komanda çox fəal oyun göstərdi.

“Neftçi” yaxşı forma yığıb. Bu komandaya uğurlar arzulayıram. Azarkeşlər də sona kimi komandalarını dəstəklədilər. Komandamın oyunundan razı qaldım”.

Həmin kateqoriyadan