Qurban Qurbanov: “Neftçi”yə uğurlar arzulayıram

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalında “Neftçi” üzərində qazandıqları qələbəni (1:0) şərh edib. Allsport.az saytı xəbər verir ki, o,uğur barədə bunu:

“Fikrimcə, bu gün Azərbaycan futbolu qalib gəldi. Azərbaycan komandalarının oyununa bu qədər azarkeş gəldiyi yadıma gəlmir. Öncədən də çətin oyun olacağını demişdim. “Neftçi” uğur qazanmağa layiq idi. Onların heyətində gənc və perspektivli uşaqlar var.

Bütün azarkeşlərimizi, rəhbərliyi təbrik edirəm. “Neftçi”yə də uğurlar arzulayıram. Demədim ki, rəqib matçın taleyini penaltilərə daşımağa çalışdığı üçün qapısında qol gördü. “Neftçi” bu oyun üçün düzgün taktika seçmişdi. Sadəcə, görünür bu gün qələbə qazanmaq onlara qismət deyilmiş”.

Həmin kateqoriyadan