Qurban Qurbanov: Oyundan oyuna daha yaxşı səviyyə göstərdik

Avstriya toplanışını davam etdirən “Qarabağ” sonuncu yoxlama oyununda Çex Respublikasının “Viktoriya” (Plzen) klubu ilə 2:2 heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçimiz Qurban Qurbanov bunu deyib: 

“Yaxşı oyun alındı. Hesabın 2:2 başa çatmasına baxmayaraq, oyunda istədiyimiz çox şey alındı. İkinci hissədə çox dəyişiklik etdik, oyunun balansı bir az pozuldu.

Son görüşümüz idi. Hər oyundan oyuna daha yaxşı səviyyə göstərdik. 2 günlük istirahətin ardından “Partizani”ylə oyunun hazırlığına başlayacağıq”.

Həmin kateqoriyadan