Qurban Qurbanov: “Partizani” bizə uyğun rəqib deyil

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionlar liqasının 1-ci təsnifatında Albaniya “Partizani”sinə qarşı cavab oyunu öncəsi fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, mətbuat konfransında bunu söyləyib:

“İlk oyunda rəqibi tanıdıq. Bizim üçün ciddi rəqibdir, oyun intizamı yüksəkdir, düzgün müdafiə olunurlar. İlk matçda bizə çox çətinliklər yaratdılar. Sürətli əks-hücumlar qura bilirlər. “Partizani” bizə uyğun rəqib deyil.

Ancaq belə komandalara qarşı əvvəllər də oyunlarımız olub. Onların açıqlamalarından da görünür ki, çox istəklidilər. Bizim üçün ağır oyun olacaq. Çalışacağıq ki, həddən artıq diqqətli və intizamlı oynayaq. Azarkeşlərimizi sevindirmək istəyirik”.



Həmin kateqoriyadan