Qurban Qurbanov: Psixoloji cəhətdən çətin idi

Premyer liqanın 6-cı turunda evdə “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransına çıxıb. Allsport.az saytı xəbər verir ki, o, futbolçulardan razı qalıb:

“Hesabın böyük olmasına baxmayaraq, ağır oyun oldu. Psixoloji cəhətdən də çətin idi. Hesabda geri düşsək də, ikinci hissədə hesabı öz xeyrimizə dəyişə bildik. Futbolçulardan razı qaldım. Bir-birinə uyğunlaşmaq üçün vaxt lazımdır.

Heç vaxt istəmirəm ki, azarkeşlərimiz məyus olsun. “Roma” ilə oyunu səbrsizliklə gözləyirik. Azarkeşlərimizin dəstəyi bizə əlavə güc verəcək. Bu günkü oyunda da daha çox azarkeşin olmasını istəyərdim”.

Həmin kateqoriyadan