Qurban Qurbanov: Qalib gəlmək üçün imkanımızı yoxlayacağıq

Sabah “Qarabağ” Avropa liqasının “E” qrupunda 5-ci turda Portuqaliya “Sportinq”ini qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, Bakı olimpiya stadionunda mətbuat konfransında baş məşqçi Qurban Qurbanov bunu deyib:

“Evdə son oyunumuzdur. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Rəqibdə baş məşqçi dəyişikliyi olub. Belə hallarda komanda daha istəkli olur.

Sabah “Sportinq”in bir neçə əsas futbolçusu oynamayacaqsa da, fərq hiss olunmayacaq. Biz böyük tarixi olan komandaya qarşı oynayacağıq. Təbii ki, istərdik üstün olaq. Qalib gəlmək üçün imkanımızı yoxlayacağıq və daha yaxşı oynamağa çalışacağıq.

Rəşadın özünün də sabah oynayıb-oynamayacağı bilinmir. Buna sabahkı məşqdən sonra qərar veriləcək. Onun 100-cü oyuna çıxmağı yox, meydanda olmağı futbolçular üçün əlavə motivasiyadır”.

Həmin kateqoriyadan