Qurban Qurbanov qızıl, Nihad Məmmədli gümüş medal qazanıb

Afinada yeniyetmələrin dünya birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün yunan-Roma güləşçiləri arasında keçirilən final görüşlərindən sonra Qurban Qurbanov (42 kq) ukraynalı rəqibinə 5:4 hesabı ilə qalib gələrək çempion olub.

Qalib bahadırımızdan fərqli, Nihad Məmmədli (46 kq) həlledici tutaşmada eyni ölkəni təmsil edən idmançını üstələyə bilməyib, gümüş mükafatla kifayətlənib.

Beləcə, adı çəkilən növdə millimiz yarışı 1 qızıl və 2 gümüş medalla bitirib. Dünən Zaur Əliyev (50 kq) fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Bu gün meydan qızlara verilib. İnamla çıxış edən Şahanə Nəzərova (38 kq) yarımfinalda rusiyalı güləşçini 65 saniyəyə tam üstünlüklə məğlub edərək finala yüksəlib.

Həmin kateqoriyadan