Qurban Qurbanov: Rəqib həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionlar liqasının 2-ci turunda İrlandiyanın “Dandalk” klubuna qarşı ilk oyun öncəsi fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, “Oriel Park” stadionunda mətbuat konfransında bunu söyləyib:

“Rəqibimiz elə bir komandadır ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır. Orta xəttdə çox sürətli və təhlükəli futbolçuları var. Başda baş məşqçi olmaqla bütün komanda olduqca istəklidir.

Düzdür, sabah süni örtüklü meydanda oynayacağıq, bu da futbola təsir edir. Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdur, sabahkı oyuna tam konsantrasiya olmalıyıq.

İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu sabahkı oyun haqda demək olmaz. Bilirik ki, bizə qarşı tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq”.

Həmin kateqoriyadan