Qurban Qurbanov: Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik

“Qarabağ” çempionlar liqasının 1-ci təsnifatında Albaniyada yerli “Partizani” ilə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanov görüş barədə bunu söyləyib:

“Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik. Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar.

“Partizani” göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq. Bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər edə bilərik”.

Həmin kateqoriyadan