Qurban Qurbanov: “Səbail” ilə oyunda ilk dəfə bu qədər az topa sahib olduq

Premyer liqanın 16-cı turunda səfərdə “Səbail”ə qalib gələn (1:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, o, görüşdən çox razı qaldığını deyib:

“Futbolçularımı təbrik edirəm. Vacib 3 xal qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm. Samir Əliyev yaxşı komanda yaradıb. Bizim üçün çətin oldu.

Çox nadir hallarda bu cür tempdə oyun izləyirik. Bu qarşılaşmadan açığı həzz aldım. Rəqib çox hücuma keçirdi. Çox nadir hallarda bu qədər az topa sahib oluruq”.

Həmin kateqoriyadan