Qurban Qurbanov: “Səhvlərdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik” 

Dünən çempionlar liqasının qrupunda debüt edən “Qarabağ” Londonda “Çelsi” ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, komandamızın 0:6 hesabı ilə yenildiyi oyun barədə Qurban Qurbanov bunu deyib:

“Çempionlar liqasının qalibi olmağa namizəd bir komandayla oynadıq. “Çelsi”nin gücü hər kəsə məlumdur. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olmağıyla bağlıdı. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar liqası bizim üçün yenidir.

“Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. “Çelsi” və Antonio Konteni də qələbə münasibətiylə təbrik edirəm”.

Həmin kateqoriyadan