Qurban Qurbanov: Sabah bizi daha ağır oyun gözləyir

Sabah “Qarabağ” çempionlar liqasının 3-cü ələməsində Borisovda BATE ilə cavab oyununa çıxacaq. Allsport.az saytı xəbər verir ki, bu gün Ağdam komandası Belarusda son məşqinə çıxıb. Son hazırlıq təxminən 1 saat davam edib. Baş məşqçi Qurban Qurbanov əvəz matçı barədə bunu deyib:

“Daha öncə BATE-nin çox yaxşı komanda olduğunu bildirmişdim. Bakıda ilk oyun çox çətin oldu. Sabah bizi daha ağır oyun gözləyir. Nə qədər çətin olsa da, başqa çıxış yolumuz yoxdur. Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”.

Həmin kateqoriyadan