Qurban Qurbanov: “Sadə qollar buraxdıq”

“Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Fiorentina”ya (İtaliya) 1:2 hesabı ilə məğlub oldu. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov oyun sonrası keçirilən mətbuat konfransında bunu dedi:

“Bizim üçün vacib oyun idi. Futbolçuların hər birinə “sağ ol” deyirəm. Məğlub olsaq da, çox çalışdıq. “Fiorentina”ya qarşı oynamaq asan deyildi. Futbolçuları topla çox yaxşı davranırlar. Sadə qollar buraxdıq. Düşünürəm ki, “Fiorentina”ya qarşı layiqli oyun göstərdik.

Bəzən biz də rəqibi topsuz qoyurduq və bu onlara çətinlik yaradırdı. Bu cür havada bizi dəstəkləməyə gələn azarkeşlərə minnətdaram. Sona qədər bizlə oldular. “Fiorentina”ya da uğurlar arzu edirəm. Bu komandanın oyununa baxmaq maraqlıdır. Gələcəkdə də bu komandaya azarkeşlik edəcəyəm”.

Həmin kateqoriyadan