Qurban Qurbanov: “Şerif”lə asan olmayacaq

“Qarabağ” Topaz premyer liqasının 2-ci turunda rəqib meydanında “Səbail” klubuna 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra baş məşqçisi Qurban Qurbanov qələbəyə belə şərh verib:

“Futbolçularımı təbrik edirəm. Heyətdə bəzi dəyişikliklər etmişdik. Buna baxmayaraq, pis oyun alınmadı. Komanda nəticəyə oynamağa bacardı. “Səbail”ə uğurlar arzulayıram.

Bir neçə gün Avropa liqasında bizi ağır oyun gözləyir. “Şerif”lə tanış olmuşam. Oyunlarına baxmışıq. Asan olmayacaq. Hər 2 komanda qrup mərhələsi üçün mübarizə aparacaq. Çalışacağıq ki, oyuna düzgün hazırlaşaq”.

Həmin kateqoriyadan