Qurban Qurbanov: “Simurq” bizim üçün çətin rəqibdir

Topaz Premyer Liqasının VI turunun son oyununda “Qarabağ” evdə“Simurq”u 1-0 hesabı ilə məğlub etdi. Allsport.az saytı xəbər verir ki, matçdan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov öz fikrini bildirib:

“Maraqlı oyun alındı. Vacib 3 xalı qazandıq. “Simurq” bizim üçün çətin rəqibdir. Ötən mövsüm“Simurq”a məğlubiyyətlərimiz olmuşdu. Ona görə də vacib xallar qazandığımızı düşünürəm.

Futbolçulara təşəkkür edirəm, sona qədər bir-birini sığortalayıb, qələbəni təmin etdilər. Düşünürəm ki, bir neçə gün istirahət edib, komandanı növbəti oyunlara hazırlaya bilərik”.

 

Həmin kateqoriyadan