Qurban Qurbanov: Son vaxtlar topla yaxşı davranan rəqibə qarşı oynadıq

Premyer liqanın 14-cü turunda “Qarabağ” öz meydanında “Neftçi”ni 1:0 hesabı ilə məyus edib. Allsport.az saytı xəbər verir ki, oyun sonra baş məşqçi Qurban Qurbanov mətbuat konfransında bunu deyib:

“Çox vacib 3 xal qazandıq. Son vaxtlar topla yaxşı davranan rəqibə qarşı oynadıq. Biz də buna görə çalışdıq ki, topla daha çox rəftar edək. Düşünürəm ki, maraqlı oyun oldu. Futbolçularımı təbrik edirəm”.

Həmin kateqoriyadan